Yol qəzaları səbəbindən qaz təminatı müvəqqəti olaraq dayandırılıb - FOTO

Gündəm 14 Dekabr 2019 14:00 Oxunub 741
Yol qəzaları səbəbindən qaz təminatı müvəqqəti olaraq dayandırılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb

Ağcabədi rayonunun Muğanlı kəndində toy karvanında olan avtomobillərdən biri yoldan çıxaraq qaz tənzimləyici şkafa çırpılıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə avadanlıq sıradan çıxıb. Saat 12:40-dan təqribən 340 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bundan başqa, İmişli rayonunun Qaradonlu kəndində qəza törədən "Mersedes" markalı avtomobillə diametri 108 mm olan orta təzyiqli, yerüstü qaz xəttini zədələyiblər. Hazırda Qaradonlu kəndində 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh