Sürücülərə şad xəbər: bu yolda işıqlandırma bərpa olundu - VİDEO - FOTO

Yol polisi 14 Dekabr 2019 14:30 Oxunub 1936
Sürücülərə şad xəbər: bu yolda işıqlandırma bərpa olundu  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin müraciəti müsbət nəticə verib

Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçən Muğanlı, Qarasu, Padar və  Sığırlı  yaşayış   məntəqələrin  əhatə edən  yol sahələrində bir neçə nöqtədə  piyadavurma  təhlükəsi yarandığını üçün  həmin yolun işıqlandırılması üçün DİN BDYPİ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib. Agentlik tərəfindən yuxarıda qeyd olunan yaşayış məntəqələrini əhatə edən  45 km yol sahəsində işıqlandırma bərpa edilib. Artıq 10 gündən  çoxdur ki, sözügedən kəndlərin ərazilərində  yollar tam olaraq  işıqlandırılır.

Prosesin davamlı olacağı, digər qəza  təhlükəli nöqtələri  təhlil edərək həmin ərazilərin  də işıqlandırılması  barədə aidiyyəti qurumlar qarşısında  vəsatət qaldırılacaq.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh