Yük qatarı minik avtomobilinə çırpıldı: 3 nəfər hadisə yerində ölüb - FOTO

Qəzalar 14 Dekabr 2019 15:45 Oxunub 1515
Yük qatarı minik avtomobilinə çırpıldı: 3 nəfər hadisə yerində ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbənin şiddətindən qatar avtomobili bir neçə metrə sürükləyib

Türkiyənin Qars vilayətində yük qatarının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Karaçayır kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan DE 33 007 saylı yük qatarı, eyni anda nəqliyyatın hərəkəti üçün müəyyən olmayan yerdən keçmək istəyən 36 EZ 255 qeydiyyat nömrə nişanlı minik avtomobilinə çırpılıb.

Zərbənin şiddətindən qatar avtomobili bir neçə metrə sürükləyib.

Nəticədə maşının salonunda olan M.G., N.G. və E.G.  hadisə yerində dünyalarını dəyişiblər.

Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlar başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh