Avtomobilləri daşıyan TIR aşdı: 6 maşına ziyan dəyib - FOTO

Avtosfer Foto 14 Dekabr 2019 17:00 Oxunub 2226
Avtomobilləri daşıyan TIR aşdı: 6 maşına ziyan dəyib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü isə qəzanı xəsarət almadan xilas olub

Türkiyənin Ədirnə vilayətində lüks avtomobilləri daşıyan TIR aşıb. Avtosfer.az xəbər verir ki, insident Həmzəbəyli sərhəd keçid məntəqəsi istiqamətində qeydə alınıb.

Məlumata görə, Rumıniyadan Türkiyəyə gələn Qabrile İvanovun idarə etdiyi xarici qeydiyyat nömrə nişanlı TIR, Lalapaşa qovşağı yaxınlığında idarə etmədən çıxaraq yol kənarına aşıb. 

Nəticədə TIR-dan düşən 3 avtomobilə və yük yerində qalan daha 3 maşına ciddi ziyan dəyib. 

Sürücü isə qəzanı xəsarət almadan xilas olub.

Polis faktla bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh