Bakıda daha bir müəmmalı yol - Sürücülər hər gün burada cərimələnir - VİDEO

Avtoxəbər 14 Dekabr 2019 17:45 Oxunub 10764
Bakıda daha bir müəmmalı yol - Sürücülər hər gün burada cərimələnir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mövcud problemlər aradan qaldırılmalıdır

Avtovağzalın yeni girişi, Lökbatan istiqamətinə gedən yolda qoyulan nişanlar sürücülər arasında çaşqınlığa səbəb olur.
Avtosfer.az xəbər verir ki, bəhs edilən yolda yerə çəkilən xətlərin tamamilə itməsi və qoyulan nişanların gediləcək istiqamətləri aydın şəkildə göstərməməsi qəza şəraitinə səbəb olur. Hər gün bir çox sürücü həmin ərazidə cərimələnirlər. Mövzu ilə bağlı yol hərəkəti üzrə ekspert Elməddin Muradlı ilə danışdıq.
Elməddin Muradlı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, mütəxəssislər avtovağzalın yeni girişi, Lökbatan istiqamətinə gedən yolda yenidənqurma işləri aparmalıdırlar: "Həmin yolda nişanlar elə yerə qoyulub ki, sürücü ancaq qaydaları pozduqdan sonra hansı istiqamətə gedəcəyini müəyyənləşdirə bilir. Orada şəhərin digər yollarında olduğu kimi "giriş qadağandır" nişanı qoyulmalıdır. "Maneəni sağdan ötmə nişanı isə biraz yaxına yerləşdirilməlidir. Mövcud şərait sürücü üçün bir tapmacadır. O qədər vəsait qoyulub yol çəkilib ancaq, həmin yolun ümumi funksiyası insanlara bəlli deyil". Ekspert bildirdi ki, dünya praktikasında bütün yollar, nişanlar sürücülər üçün maksimum şəkildə aydın şəkildə olmalıdır. Burada əsas məqsəd sürücüləri cərimələk yox, təhlükəsiz hərəkətin təşkili olmalıdır: "Bu cür hallara Azərbaycanda dəfələrlər rast gəlmişik. Yolun yanlış şəkildə qurulması sürücülərin qəza etməsinə səbəb olur. Belə hallarda da sürücülərin məhkəmə vasitəsilə dəyən zərəri tələb etmək hüququ var. Onlar özləri də bilirlər ki, həmin yolda müəyyənproblemlər var. Ancaq, gözləyirlər ki, kütləvi şəkildə şikayətlər olduqdan sonra mövcud problemlər aradan qaldırılsın".
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev isə mütəxəssislərtərəfindən bəhs edilən yolda müşahidələrin aparılacağını və mövcud vəziyyətə uyğun olaraq tədbirlərin görüləcəyini bildirdi.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh