Quba sakinini maşın vurub

Qəzalar 14 Dekabr 2019 19:00 Oxunub 1134
Quba sakinini maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bu gün axşam saatlarında Quba rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Qaraçay kənd sakini, 1957-ci il təvəllüdlü Abdullayev Fərhad Nurməmməd oğlunu maşın vurub. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ona bud sümüyünün sınığı, sifətin sıyrılmış və cırılmış yaraları diaqnozu qoyulub.

Hazırda vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh