Minik avtomobilində təhlükəli vəziyyətdə yük daşınır - VİDEO

Gündəm 14 Dekabr 2019 20:00 Oxunub 1403
Minik avtomobilində təhlükəli vəziyyətdə yük daşınır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılacaq

Minik avtomobilinin sürücüsü maşının üzərində təhlükəli vəziyyətdə müxtəlif növ metal daşıyır. Hər an bu yük yola dağıla və digər nəqliyyat vasitələri, eləcə də piyadalar üçün təhlükəli vəziyyət yarada bilər.

Minik avtomobilinin törətdiyi bu qayda pozuntusu Şəmkir rayonu ''dörd yol''adlanan ərazidə qeydə alınıb.

Görüntüləri isə arxadan hərəkətdə olan avtomobilərdən birinin sürücüsü mobil telefonla çəkərək ''Xəzər Xəbər''in whatsapp nömrəsinə göndərib.Videogörütnütdən aydın görünür ki, avtomobilin üzərinə həddindən çox yük yığılıb və maşın kiçik bir manevr etdiyi zaman yük hər an yola dağıla bilər. Bu isə yolda olan digər hərəkət iştirakçıları üçün təhlükə deməkdir.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyib ki, "Yol hərəkəti haqqında" qanuna görə minik avtomobilinin sürücüsü bu vəziyyətdə yükdaşıma qaydalarını pozub.

Onun sözlərinə görə, yükdaşıma qaydalarını pozan bu sürücü saxlanılmalı və onun barəsində inzibati qaydada cərimə tətbiq eilməlidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə ''Xəzər Xəbər''ə bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh