Ucarda "Ford" "KaMAZ"ın qoşqusuna çırpıldı: xəsarət alan var - FOTO

Qəzalar 15 Dekabr 2019 09:15 Oxunub 1478
Ucarda "Ford" "KaMAZ"ın qoşqusuna çırpıldı: xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt araşdırılır

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, 1975-ci il təvəllüdlü Tərtər rayon sakini Qəhrəmanov Azər İsmayıl oğlu "Ford" tranzit markalı mikroavtobusla Ucar istiqamətimdə hərəkətdə olarkən qarşısında hərəkətdə olan "KaMAZ" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə "Ford"dakı sərnişin, 1969-cu il təvəllüdlü Tərtər sakini Qəhrəmanova Şəlalə Möhübbət qızı müxtəlif növ ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh