Nepalda avtobus dərəyə yuvarlanıb, 14 nəfər ölüb

Qəzalar 15 Dekabr 2019 11:00 Oxunub 1104
Nepalda avtobus dərəyə yuvarlanıb, 14 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü qəza yerindən qaçıb

Bu gün Nepalda zəvvarların olduğu avtobus 500 metr yüksəklikdən dərəyə yuvarlanıb.

APA-nın “Himalayan Times” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Sindxupalçok rayonunda baş verib.

Qəza nəticəsində 13 nəfər ölüb, ondan çox insan yaralanıb. “Sinxua” agentliyi isə xəstəxanaya yerləşdirilən yaralılardan birinin öldüyünü, bununla da ölənlərin sayının 14 nəfərə çatdığı, 16 nəfər xəsarət aldığı barədə məlumat yayıb.

Avtobusda ümumilikdə 32 nəfər olub. Sürücü qəza yerindən qaçıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh