Sərxoş sürücü 10 metrlik körpüdən alt yola düşdü: avtomobildən güclə çıxarıldı - FOTO

Avtosfer Foto 15 Dekabr 2019 12:00 Oxunub 2358
Sərxoş sürücü 10 metrlik körpüdən alt yola düşdü: avtomobildən güclə çıxarıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb

Türkiyənin İstanbul şəhərində idarə etmədən çıxan minik avtomobili körpüdən aşağı düşüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Zeytunburnu rayonunda qeydə alınıb. Məlumata görə, Əli Kəmərin (30) idarə etdiyi 34 BST 918 qeydiyyat nömrə nişanlı minik avtomobillə hərəkətdə olan zaman sükan idarəetməsini itirib və təhlükəsizlik arakəsmələrinə çırpılaraq təxminə 10 metrlik körpüdən alt yola aşıb.

Nəticədə avtomobildə sıxışmış vəziyyətdə qalan sürücü xəsarətlər alıb.

Əli Kəmər, hadisə yerinə çağırılan xilasedicilər tərəfindən sıxışdığı yerdən çıxarılaraq xəstəxanaya çatdırılıb. Polis əməkdaşları xəstəxanada yaralı sürücünü sərxoşluq testindən keçiriblər.  Əli Kəmərin qanında 2.65 promil alkoqol olduğu müəyyən olunub.

Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh