İt sahibinin avtomobilini hovuza saldı - VİDEO

Avtosfer TV 15 Dekabr 2019 12:40 Oxunub 1516
İt sahibinin avtomobilini hovuza saldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, itini boğulmaqdan xilas edə bilib, ancaq avtomobili isə məlum deyil

Çində itin maşını hovuza salma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Zhejiang əyalətinin Xinguang kəndində qeydə alınıb.

Karlarda, hovuz kənarına avtomobilin yaxınlaşdığı, sürücünün aşağı endiyi və maşının yanından uzaqlaşdığı görülür. Bundan sonra avtomobil hovuza doğru hərəkət edərək suya batır.

Yerli medianın məlumatına görə, avtomobil sürücüsü sahib olduğu mağazadan bir neçə bağlama götürməyə gedib. Sürücü avtomobilin baqajını açıq qoyaraq mühərriki söndürməyib. Bu arada salonda olan it bir anlıq həyəcanlanaraq surət qutusunu “hərəkət” rejiminə keçirib və avtomobil hovuza doğru hərəkət edərək suya qərq olub.

Xoşbəxtlikdən o, itini boğulmaqdan xilas edə bilib. Ancaq məlum deyil ki, sürücü öz nəqliyyat vasitəsini xilas edə bilib, yoxsa yox.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh