Kürdəmirdə avtomobil yol kənarına aşdı: xəsarət alan var

Qəzalar 15 Dekabr 2019 16:20 Oxunub 1030
Kürdəmirdə avtomobil yol kənarına aşdı: xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Axtaçı kənd sakini “Mercedes” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəzarətdən çıxan avtomobil yol kənarındakı gölməçəyə düşüb.  Sürücü yüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh