Göyçayda 14 yaşlı qız faciəli şəkildə ölüb

Gündəm 15 Dekabr 2019 16:50 Oxunub 1100
Göyçayda 14 yaşlı qız faciəli şəkildə ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Göyçay rayonunda yeniyetmə qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb. Rayon sakini, 2005-ci il təvəllüdlü Məsumə Qasımova yaşadığı evin həyətində oynayarkən yıxılıb və başından travma alıb. M.Qasımova koma vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, M.Qasımova Göyçay şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh