İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib

Gündəm 15 Dekabr 2019 19:15 Oxunub 1940
İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğrular gecə avtomobilin bahalı yan şüşələrini söküblər

Gürcüstanın Ermənistandakı səfirliyinin avtomobili qarət edilib.

Bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

“Mercedes” markalı “14 D 001 AM” diplomatik nömrə nişanlı avtomobil dekabrın 13-dən 14-nə keçən gecə İrəvanın Tumanyan küçəsində park edilib. Oğrular gecə avtomobilin bahalı yan şüşələrini söküblər.

Hadisə ilə bağlı Ermənistan polisi və Gürcüstan səfirliyi açıqlama verməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh