Rusiyada baş verən ağır yol qəzasında onlarla insan xəsarət alıb

Qəzalar 15 Dekabr 2019 20:30 Oxunub 1462
Rusiyada baş verən ağır yol qəzasında onlarla insan xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı avtobusda 40-a yaxın sərnişin olub

Rusiyada ağır yol qəzası baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Nijeqorodsk vilayətində qeydə alınıb.

Balaxninsk rayonunda sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinə tibbi yardım göstərilib.

Qeyd edilir ki, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus küvetə (şose kənarındakı xəndək) aşıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı avtobusda 40-a yaxın sərnişin olub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh