Şəmkirdə maşınla piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Qəzalar 15 Dekabr 2019 20:45 Oxunub 1588
Şəmkirdə maşınla piyadanı vuran sürücü hadisə yerindən qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. 

Yolu keçmək istəyən təxminən 50-60 yaşında olan kişini hələlik markası müəyyən edilməmiş avtomobil vuraraq hadisə yerindən yayınıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Piyadanın vəziyyətinin ağır olduğu bildirilir. 

Hazırda hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Piyadanın kimliyi dəqiqləşdirilir. Sürücünün tapılması istiqamətində əməliyyat axtarışlarına başlanılıb. 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh