Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb

Qəzalar 15 Dekabr 2019 21:00 Oxunub 2438
Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh