Yol polisindən nümunəvi davranış: əlində bel dağılmış yolu belə düzəltdi - VİDEO

Yol polisi 16 Dekabr 2019 12:45 Oxunub 1865
Yol polisindən nümunəvi davranış: əlində bel dağılmış yolu belə düzəltdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bizim işimiz hər zaman vətəndaşın xidmətində olmaqdır

Bakıda yol polisinin nümunəvi hərəkəti vətəndaşlardan biri tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, videoda YPX insoektoru hərəkət zolağının dağılmış hissəsini qum ilə doldurur. Əlində bel yaxınlıqdakı dayanacaqdan qum götürən yol polisi sürücülərin rahat keçməsi üçün yolu düzəldir.

Avtosfer.az-ın araşdırmasına görə hadisə Suraxanı rayonu İlqar Musayev küçəsində baş verib. Görüntülərdə əks olunan YPX əməkdaşı isə Suraxanı rayon Dövlət Yol polisi Şöbəsinin əməkdaşı, polis baş serjantı Tural Kamranzadədir.

Avtosfer.az-a açıqlamasında Tural Kamranzadə bildirib ki, ərazidə 99 YP 288 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət apararkən yolun ortasında yağışdan sonra yaranmış dağıntıya görə avtomobillərin məcburən əks istiqamətə çıxdığını görüb. “Mənimlə bilikdə xidmət aparan inspektor Elçin İsmayılovla birlikdə ərazidə dayandıq. Elçin avtomobillərin hərəkətini tənzimlədi. Mən isə yaxınlıqda yeni quraşdırılan və təmir gedən dayanacaqda işləyən fəhlələrdən bel istədim. Ardınca orda olan qumla dağılmış yeri düzəltdim ki, avtomobillər əks yola çıxmağa məcbur olmasınlar. Bu təhlükə yaradır.”

Bu polisin işi deyil, bunun üçün aidiyyəti qurumlar var fikrinə münasibət bildirən Tural Kamranzadə qeyd edib ki, polis də bir vətəndaşdır. “İlk növbədə bizim işimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Mövcud vəziyyətdə isə yolda təhlükə yaranırdı. Orda gözləmək, aidiyyəti qurumları çağırmaq kifayət qədər vaxt aparardı. Amma qəza hər an baş verə bilər. Odur ki, bunu etməklə sürücülərin təhlükəsiz hərəkətini təmin etmiş olduq. Bizim işimiz hər zaman vətəndaşın xidmətində olmaqdır.”

Avtosfer.az olaraq yol polisi əməkdaşına bu nümunəvi davranışına görə təşəkkürümüzü bildiririk.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh