Servis mikroavtobusu krana çırpıldı: 15 işçi xəsarət alıb - FOTO

Avtosfer Foto 16 Dekabr 2019 19:00 Oxunub 1393
Servis mikroavtobusu krana çırpıldı: 15 işçi xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq qurumlar tərəfindən təhqiqatlara başlanılıb

Türkiyənin Çanaqqala vilayətində mikroavtobusun və üzərində kran olan yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident səhər saatlarında Çanaqqala – İzmir avtomagistralının 17-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, Biqa rayonundan götürdüyü işçiləri, Qumqala kəndinə aparan Hasan Dəmirəlin idarə etdiyi 17 KL 018 qeydiyyat nömrə nişanlı mikroavtobus, qarşısında hərəkətdə olan Qurtuluş Yılmazın idarə etdiyi 34 09 3356 qeydiyyat nişanlı üzərində kran olan yük maşınına çırpılıb. Zərbənin şiddətindən mikroavtobusun ön hissəsi deformasiyaya uğrayıb. Nəticədə 15 işçi xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan “təcili tibbi yardım” maşınları ilə yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıblar. Onların həyatları üçün təhlükənin olmadığı bildirilib.

Müvafiq qurumlar tərəfindən təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh