Yol polisi sürücülərlə maarifləndirici görüş keçirdi - FOTO - VİDEO

Yol polisi 18 Dekabr 2019 09:05 Oxunub 1531
Yol polisi sürücülərlə maarifləndirici görüş keçirdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Sürücülər başa düşməlidir ki, qayda pozmaqla ilk növbədə özlərinə ziyan vururlar"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun təşəbbüsü ilə Sumqayıt Texnologiyalar Parkında yol polisi əməkdaşları ilə sürücülərin görüşü keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin, o cümlədən Sumqayıt Texnologiyalar Parkının rəsmiləri, sürücülər iştirak ediblər.

Bildirilib ki, Sumqayıt Texnologiyalar Parkında həm yük, həm avtobus, həm də minik maşınları fəaliyyət göstərir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, görüş Prezident İlham Əliyev tərəfindən imzalanmış "Yol Hərəkəti Təhlükəsizliyinə dair" 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramının icrası çərçivəsində baş tutur. Əsas məqsəd yol hərəkəti qaydalarına əməl etməyin vacibliyinin sürücü və piyadalar arasında təbliğ edilməsi, o cümlədən baş verə biləcək qəzaların qarşısının alınmasıdır. Şöbə rəisi onu da əlavə edib ki, bu gün maarifləndirmə işləri inzibati tədbirlərdən daha çox faydalıdır. "Sürücülər özləri başa düşməlidir ki, qayda pozmaqla ilk növbədə öz sağlamlıqlarına, ailələrinə, yaxınlarına ziyan vururlar. Həmçinin yolu keçən piyadalar da anlamalıdır ki, sürücü hər zaman ona yol verməyəcək. Bəzən sükan arxasında sərxoş sürücü ola bilər. Yaxud da elə həmin an sürücü yuxulaya, yaxud avtomobildə texniki nasazlıq yarana bilər. Nəticədə piyada həyatını itirəcək."

Tədbir sürücüləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh