Maştağada velosipedçini vurub öldürən avtobus sürücüsü narkoman çıxdı - VİDEO

Yol polisi 21 Dekabr 2019 17:45 Oxunub 1644
Maştağada velosipedçini vurub öldürən avtobus sürücüsü narkoman çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BDYPİ hadisə ilə bağlı açıqlama verib

Dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi ərazisində “Daewoo” markalı 131 nömrəli xətt avtobusu ilə yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibov vurulub. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Avtosfer.az -a verilən məlumata görə, sürücü nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nəsibov orada ölüb. Sabunçu rayonu DYPŞ-nin əməkdaşları yol qəzasını törədərək hadisə yerindən yayınmış qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini Xanağa Novruzov saxlayıb. Müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyən edilib.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh