Yolayrıclarını, piyada keçidlərini və svetoforları zəbt edən taksilər - FOTOLAR

Avtosfer Foto 21 Dekabr 2019 18:45 Oxunub 1813
Yolayrıclarını, piyada keçidlərini və svetoforları zəbt edən taksilər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşlar bu cür sürücülərin əlindən bezdiklərini deyirlər

Bakıda dayanma-durma ilə bağlı problemlər bitmək-tükənmək bilmir. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları inzibati tədbirlər görsələr də, kameralar vasitəsilə cərimələr yazılsa da yenə də qaydaları pozmaqda davam edən sürücülər az deyil.

Avtosfer.az-a müraciət edən vətəndaşlar paytaxt küçələrində, xüsusilə yolayrıclarında, piyada keçidlərinin üstündə, işıqforların altında yolu zəbt edən taksi sürücülərindən şikayət edirlər. Demək olar ki, gündəlik olaraq həmin əraziləri özləri üçün “park yerinə” çevirən bu sürücülər müxtəlif üsullarla cərimələrdən də yayına bilirlər. Avtomobili elə park edirlər ki, kameralar onları çəkə bilməsin. BNA əməkdaşları da gələn kimi tez avtomobilə əyləşib ərazidən uzaqlaşırlar.

Amma vətəndaşlar bu cür sürücülərin əlindən bezdiklərini deyirlər. Bu sürücülərlə mübarizə üsullarından ən vacibi də ictimai qınaqdır. Avtosfer.az-a vətəndaşlar tərəfindən göndərilmiş fotoları təqdim edirik:

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh