Dəhşətli yol qəzası nişanlı cütlüyü ayırdı - FOTO

Avtosfer Foto 22 Dekabr 2019 17:45 Oxunub 8096
Dəhşətli yol qəzası nişanlı cütlüyü ayırdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb

Türkiyənin Sivas vilayətində sərnişin avtobusunun və minik avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Sivas–Ankara trasının Rəcəb Tayyib Ərdoğan bulvarı ərazisində qeydə alınıb.

Məlumata görə, Ankara istiqamətində hərəkətdə olan B.K.-nin idarə etdiyi 58 AT 458 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, qovşaqdan dönən Çoşqun Yurduseven adlı polis zabitinin idarə etdiyi 35 KHA 85 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Zərbənin təsirindən polis zabiti ilə nişanlısı Filiz A. deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Sıxılmış vəziyyətdə qalan yaralılar xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıblar.

Xəstəxanaya çatdırılan polis zabiti Yurdusevən həkimlərin bütün səylərinə rəğmən həyatını xilas etmək mümkün olmayıb. Nişanlısı Filiz A.-nın isə səhhətinin ağır olduğu bildirilib.

Yaxınları, cütlüyün 3 ay əvvəl nişanlandıqlarını və onların toy hazırlığında olduqlarını söyləyiblər.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh