Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfə artırıb

Avtoxəbər 23 Dekabr 2019 11:00 Oxunub 1008
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfə artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-noyabr aylarında

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 19 988 ədəd avtomobil idxal edib. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 192 ədəd və yaxud təxminən 2 dəfə çoxdur. 11 ay ərzində Gürcüstandan Azərbaycana gətirilmiş avtomobillərin dəyəri 213,638 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 38,1% çoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh