Yol polisi əməkdaşları velosipedçiləri və mopedçiləri nəzərətə götürür - FOTO

Yol polisi 24 Dekabr 2019 10:25 Oxunub 1155
Yol polisi əməkdaşları velosipedçiləri və mopedçiləri nəzərətə götürür   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış tövsiyə xarakterli bukletlər paylanılıb

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkəmizdə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr olunub.  

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Avtosfer.az-a bildirib ki, tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində velosiped və moped idarə edən şəxslərlə maarifləndiriçi söhbət apararaq onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı, idarə etməyə mane olan yük daşınmamağı, təhlükəsizlik dəbilqəsindən istifadə etməyi, hərəkətdə olarkən telefonla danışmamağı və günün qaranlıq vaxtı işıqqaytarıcı elementlərdən istifadə olunması da tövsiyə etmişlər.  

Velosiped və moped sürücülərinə qanunla yerinə yetirməli olduqları vəzifələr bir daha xatırladılmış və onlara yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış tövsiyə xarakterli bukletlər paylanılmışdır.

Bu qəbildən olan profilaktik tədbirlər hazırda ölkəmizin digər regionlarında da davam etdirilir.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh