Minik avtomobili yük maşınını ilə toqquşdu: 1 ölü

Qəzalar 30 May 2014 16:55 Oxunub 1663
Minik avtomobili yük maşınını ilə toqquşdu: 1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Şabran rayonunda baş verib

Şabran rayonunda minik avtomobili ilə yük maşını toqquşub. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 132-ci kilometrində baş verib. Belə ki, vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin və digər vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Mövlanverdiyev Rafiq Adgözəl oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh