Vətəndaş yol polisinin bu işini videoya çəkib yaydı - FOTO - VİDEO

Yol polisi 27 Dekabr 2019 12:20 Oxunub 1405
Vətəndaş yol polisinin bu işini videoya çəkib yaydı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvvələr bu yolda dəfələrlə xoşagəlməz hadisələr baş verirdi

Cinayətkarlığa qarşı mübarizədə, asayişin etibarlı qorunmasında və öz xidməti borcunu layiqincə yerinə yetirməsinə görə vətəndaşların etimadını qazanan Azərbaycan Polisi haqqında yüksək fikirlər və vətəndaşlıq mövqeyi sərgilənir. Bildirmək istəyirik ki, bu ismarıcların heç biri diqqədən kənar qalmır. Avtosfer.az olaraq onlardan biri ilə oxucularımızı tanış etmək istədik.
“İlk öncə sabitliyimizin keşiyində ayıq-sayıq dayanan bütün polis əməkdaşlarına öz minnətdarlığımı bildirmək istəyirəm. Hacıqabul-Horadiz magistral avtomobil yolunun Saatlı şəhəri H.Əliyev prospektindən keçən hissəsinin yaxınlığında 2 saylı tam orta məktəb yerləşir. Hər gün yüzlərlə şagird məktəbə getmək üçün bu magistral yolu keçir. Əlbəttə, həmin ərazidə piyada keçidi üçün zolaq da mövcuddur. Bir vaxtlar mənim kimi valideynlərin də narahatlığına səbəb olan bu təhlükəli yolu keçmək məsələsi bir neçə ildir ki, öz həllini tapıb. Saatlı RPŞ DYPB və PPXB-nin əməkdaşları hər gün şagirdlərin piyada zolağından təhlükəsiz keçməsi üçün günün soyuq, qarlı, şaxtalı havasında həmin ərazidə xidmət aparırlar. İnanın ki, belə vəziyyət qürüvericidir. Əvvələr bu yolda dəfələrlə xoşagəlməz hadisələr baş verirdi. İndi şükürlər olsun ki, belə hallar yaşanmır. Polislərimizin sayəsində. Bəzən elə olurdu ki, işim olurdu deyə övladımı məktəbə apara bilmirdim amma qəlbimdə rahatlıq vardı ki, polis əməkdaşları ordadılar və övladımı təhlükəsiz şəkildə məktəbə varmasında yardımçı olacaqlar. Dəfələrlə mən və mənimlə yanaşı valideynlər polislərimizə öz təşəkkürümüzü bildirmişik. Onlar ölkəmizin gələcəyini qoruyurlar. Çox sağ olun, çox var olun!”
Bu fikirləri DİN-ə ünvanladığı təşəkkür məktubunda Saatlı rayon sakini Taryel Babayev yazıb.

 

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh