"Niva" sürücülərinin diqqətinə: Buna görə cərimə yazıla bilməz, amma yazılır...

Yazarlar 27 Dekabr 2019 14:52 Oxunub 15642
"Niva" sürücülərinin diqqətinə: Buna görə cərimə yazıla bilməz, amma yazılır...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişdirildikdə qeydiyyat şəhadətnaməsinə heç bir qeydlər aparılmamalıdır

Niva avtomobili sahibləri redaksiyamıza davamlı olaraq müraciət edib həmin avtomobilin bamperləri, faraları ilə bağlı suallar ünvanlayır və yol polisi tərəfindən incidildiklərini bildirirlər. Sualların əksəriyyəti əvvəlki buraxılış “Niva “avtomobilinin yeni “Urban Niva”ya yığılması ilə bağlıdır.

Avtosfer.az xəbər verir ki, əgər sadə buraxılış “Niva” avtomobilinə “Urban Niva”nın bamperlerini və faralarını quraşdırırlarsa burada heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Əvvəlki buraxılış “Niva”nın banı ilə yenisininki eyni olduğuna görə bamperlər və faralar rahatlıqla bir-birinə quraşdırıla bilər. Bunun üçün isə nə icazə alınmalı, nə də ki, qeydiyyat şəhadətnaməsində qeydlər aparılmalıdır. Redaksiyamıza şikayət edən oxucular bildirir ki, onlar yol polisi tərəfindən saxlanılan zaman dəyişdirilmiş bamperin və faranın qeydiyyat şəhadətnaməsinə qeyd edilməməsini nöqsan tutaraq avtomobili duracağa aparır. Bu məsələdə yol polisi kobud səhvə yol vermiş sayılır. Çünki edilmiş dəyişiklik normativ tələbləri pozmadığına görə sürücünü İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi) məsuliyyətə cəlb edə bilməzlər.

Edilmiş bu cür dəyişikliyə görə avtomobilin qeydiyyat şəhadətnaməsinə xüsusi bir qeyd aparmaq qanunda nəzərdə tutulmayıb.

Qeydiyyat şəhadətnaməsinə yalnız reysterdə olan hər hansı bir məlumat dəyişdikdə qeydlər aparılır. Misal üçün avtomobilin mülkiyyətçisi, avtomobilin rəngi, mühərrik, ban, şassi nömrələri, mühərrikin yanacaq növü dəyişdirildikdə qeydiyyat şəhadətnaməsi də mütləq dəyişdirilməlidir. Lakin avtomobilin bamperi, farası, yayları, sükan çəmbəri və.s bu kimi reysterə daxil edilməyən hissələr dəyişdirildikdə qeydiyyat şəhadətnaməsinə heç bir qeydlər aparılmamalıdır.

 

Təbriz Yusubov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh