“Radiatordan” qaynaqlanan yanğın avtomobili kül elədi - FOTO

Avtosfer Foto 31 Dekabr 2019 11:39 Oxunub 1755
“Radiatordan” qaynaqlanan yanğın avtomobili kül elədi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha 4 nəqliyyat vasitəsinə isə ciddi ziyan vurdu

Türkiyənin Ankara vilayətində yanan avtomobil 4 nəqliyyat vasitəsinə ziyan vurub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Mamak rayonunun Şahintəpə məhəlləsində qeydə alınıb.

Məlumata görə, Əminə O.-nun idarə etdiyi 06 KİD 62 qeydiyyat nömrə nişanlı minik avtomobillə, hərəkətdə olan zaman mühərrik hissəsindən yanmağa başlayıb. O, avtomobili yol kənarına çəkərək yanındakı sərnişinlə birlikdə salonu tərk edib.

Qıza müddət ərzində genişlənən yanğın ətrafda parka edilmiş 06 BV 0670 və 06 ACY 909 qeydiyyat nişanlı maşınlara da keçməsinə səbəb olub.

Bu arada Əminə O.-nun avtomobilində kiçik partlayışlar baş verib və yoxuş aşağı hərəkət edərək park edilmiş daha iki - 06 BSK 180 və 34 YT 857 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələrinə çırpılıb. Yanğın maşının çırpıldığı digər avtomobillərə də sıçrayaraq daha da alovlanıb.

Vətəndaşların çağırışı ilə hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib. Alovlar yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. Yanğın baş verən avtomobil isə yararsız vəziyyətə düşüb, digər 4 nəqliyyat vasitəsinə də ciddi ziyan dəyib.

Hadisədən sonra sürücü, yanğının bir müddət əvvəl təmir etdirdiyi radiatordan baş verə biləcəyini iddia edib.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh