Yol polisi bayram günü Bakıda bu cür xidmətə başladı - VİDEO - FOTO

Yol polisi 31 Dekabr 2019 19:05 Oxunub 7489
Yol polisi bayram günü Bakıda bu cür xidmətə başladı - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün yollar və piyada keçidləri tam nəzarətə götürülüb, təhlükəsizlik təmin edilib

Bakıda bütün yollar və piyada keçidləri tam nəzarətə götürülüb, təhlükəsizlik təmin edilib. Avtosfer.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis gücləndirilmiş iş rejiminə keçib. Bayram tədbirlərində yollarda qəzaların, sıxlıq və tıxacın qarşısını almaq üçün yol polisi bütün küçə və yollarda nəzarəti gücləndirib, əlavə naryadlar təhkim edilib. Piyadaların və sərnişinlərin rahat hərəkətini təmin etmək üçün DYP əməkdaşları BNA ilə birlikdə qanunsuz parklanmalara qarşı tədbirlər də görür.

Bakıda Avtosfer.az-ın apardığı müşahidələrdən məlum olur ki, paytaxtın mərkəzi küçələrində nəqliyyat vasitələrinin və piyadaların sayı daha çoxdur. Bunu nəzərə alaraq DYP avtomobilləri və YPX əməkdaşları hər 100 metrdən bir gözə dəyir. Polislər yolu keşən piyadalara kömək edir, nəqliyyat axınında ləngimələr olmaması üçün hərəkəti operativ şəkildə tənzimləyir.

Bundan başqa, avtobus dayanacaqlarını zəbt edən minik avtomobillərinə qarşı mübarizə BNA əməkdaşları ilə birgə həyata keçirilir. Nəticədə avtobusların dayanacaqlara rahat daxil olması və çıxması təmin edilir.

Görüntüləri təqdim edirik:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh