Xaçmaz polisi onların sevincinə qoşuldu - FOTO

Yol polisi 2 Yanvar 2020 01:22 Oxunub 3367
Xaçmaz polisi onların sevincinə qoşuldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər aztəminatlı ailələrə bayram sovqatları paylayıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonda yaşayan torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik ediblər.
Bayram ərəfəsində Xaçmaz RPŞ-i tərəfindən həyata keçirilən bu təşəbbüs vətəndaşlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar göstərilən bu diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, RPŞ-nin rəisinə və bütün polis əməkdaşları minnətdarlıqlarını bildirirlər.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh