Sürücünün qəzəblənməyi qəzaya səbəb olacaqdı- 50 BH 009 - VİDEO

Avtosfer TV 6 Yanvar 2020 15:10 Oxunub 1508
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydanı pozan sürücü əl hərəkətləri ilə etirazını bildirib

Oxuculardan biri Bakı-Sumqayıt yolunda manevr qaydasını kobud şəkildə pozan sürücünün videogörüntüsünü redaksiyamıza göndərərək onun hərəkətlərinin işıqlandırılmasını xahiş edib. Avtosfer.az xəbər verir ki, dekabrın 30-u Sumqayıt istiqamətində hərəkət edən 50-BH-009 qeydiyyat nişanlı "Vaz" markalı avtomobilin sürücüsü öncə iki avtomobilin arasından keçərək hərəkət etmək istəyib. Avtomobillər ona şərait yaratmadığı üçün o, səs siqnalından istifadə edərək haqsız şəkildə etirazını bildirib. Daha sonra qəzəbləndiyi üçün ona yol verməyən avtomobili ötərək qəfil qarşısına manevr edib.
Videogörüntünü göndərən oxucu iddia edir ki, qaydanı pozan sürücü ötmə edən zaman əl hərəkətləri ilə öz etirazını bildirib.

 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh