Sarıdan keçən “Passat” “Mercedes”ə belə çırpıldı - VİDEO

Avtosfer TV 7 Yanvar 2020 19:42 Oxunub 1276
Sarıdan keçən “Passat” “Mercedes”ə belə çırpıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada ölən və ya xəsarət alanların olduğu barədə məlumat verilməyib

Rusiyanın Sankt-Peterburq şəhərində iki minik avtomobilin toqquşması görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Krasnoselsk rayonunda qeydə alınıb.
Kadrlarda sürücü sürətlə idarə etdiyi “Volkswagen Passat” markalı avtomobillə svetoforun sarı işığından keçdiyi və bu arada manevr edən “Mercedes”ə çırpıldığı görülür. 
Zərbənin təsirindən “Mercedes” yerində bir neçə dəfə fırlanır, “Volkswagen” isə əvvəlcə səkiyə çıxır sonra da işıqfora dəyərək onu aşırır.
Qəzada ölən və ya xəsarət alanların olduğu barədə məlumat verilməyib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh