Dəhşətli qəzadan son anda xilas oldu: Sürücü peşəkarlığı - VİDEO

Avtosfer TV 7 Yanvar 2020 12:30 Oxunub 1171
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Havanın yağışlı olması sürücünü daha çətin vəziyyətə salıb.

Bakı-Sumqayıt yolunda qayda pozaraq təhlükəli şəkildə manevr edən sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, yanvarın 5-i Bakı-Sumqayıt yolunun üzü şəhər istiqamətində hərəkət edən "Vaz 2107" markalı avtomobilin sürücüsü sol zolağa manevr edən zaman həmin zolaqdakı sürücünü təhlükəyə salaraq heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb. Görüntüdən də aydın şəkildə görünür ki, manevr edən sürücü arxanı göstərən xarici güzgüdən istifadə etməyib. Hava şəraitinin yağışlı olması sol zolaqdakı avtomobilin sürücüsünü daha çətin vəziyyətə salıb. Lakin sürücü peşəkarlıq göstərərək qəzadan yayına bilib. 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh