“Reno” “Mitsubishi” ilə toqquşdu: 4 nəfər öldü - FOTO

Avtosfer Foto 7 Yanvar 2020 18:10 Oxunub 1930
“Reno” “Mitsubishi” ilə toqquşdu: 4 nəfər öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəzanın baş vermə səbəbləri araşdırır

Rusiyanın Tambov əyalətində iki minik avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 7-də P-22 avtomagistralının 382-ci kilometrliyində Miçurin rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə region üzrə Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, “Renault Duster” və “Mitsubishi Outlander” markalı avtomobillər toqquşub. Zərbənin şiddətindən hər iki maşın deformasiyaya uğrayıb.

Nəticədə hər iki nəqliyyat vasitəsində olan sürücülər və iki qadın hadisə yerində vəfat ediblər.

Polis qəzanın baş vermə səbəbləri araşdırır.

 

Namiq Musayev

 

  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh