Avtosfer.az | Reklam
Bakıda mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var
Qəzalar 7 Yanvar 2020 23:15 2380 dəfə oxunub
Bakıda mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var
Hadisə zamanı mikroavtobusdakı sərnişinlərdən bir neçəsi xəsarət alıb

Bakıda “Mercedes” markalı mikroavtobusla yük maşını toqquşub.

"Report"un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda, Biləcəri qəsəbəsində qeydə alınıb.

Hadisə zamanı mikroavtobusdakı sərnişinlərdən bir neçəsi xəsarət alıb. Qəza səbəbindən ərazidə tıxac yaranıb, bir sıra nəqliyyat vasitələri alternativ yoldan istifadə etməyə məcbur olublar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “Report”a bildirib ki, qəzaya uğrayan mikroavtobusun agentliyə aidiyyəti yoxdur. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh