BNA ekspress marşrut xətləri ilə bağlı YENİLİK ETDİ

Yeniliklər 9 Yanvar 2020 12:49 Oxunub 1338
BNA ekspress marşrut xətləri ilə bağlı YENİLİK ETDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb

H1 Hava limanı-“28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, H1 ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib. Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda dayanması təşkil edilib.

Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib. 

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh