Bakıda bahalı avtomobil sürücülərinin qanunsuz hərəkəti - VİDEO

Avtosfer TV 9 Yanvar 2020 15:58 Oxunub 2079
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər eyni zamanda bir neçə qaydanı pozub

Bakıda qayda pozan bahalı avtomobillərin videogörüntüsünü oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərərək ictimailəşməsini istəyib. Avtosfer.az xəbər verir ki, yanvarın 7-i paytaxtın Səməd Vurğun küçəsində hərəkət edən 90-XA-400 qeydiyyat nişanlı "Kia" markalı və 99-RR-135 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüləri yolayrıcındakı svetofor obyektinin sola əlavə bölməsində hərəkət edənlərin zolağını zəbt edərək yolu kəsiblər. Sol zolaq yalnız sola dönən avtomobillərə aid olmasına baxmayaraq sürücülər həmin zolaqdan düzünə hərəkət ediblər. 

Hətta həmin vaxt "Kia" markalı avtomobilin sürücüsü qırmızı işıqda stop xəttini tam keçərək yolayrıcına daxl olub. "Range Rover" markalı avtomobilin sürücüsü isə Süleyman Rəhimov küçəsinin kəsişməsindəki svetoforun qırmızı işığında dayanmadan hərəkətinə davam edib. Qayda pozuntuları videoda öz əksini tapıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh