Dəhşətli qətl hadisəsi: mübahisə etdiyi dostunu güllələdi – VİDEO (+20)

Avtosfer TV 9 Yanvar 2020 18:25 Oxunub 2405
Dəhşətli qətl hadisəsi: mübahisə etdiyi dostunu güllələdi – VİDEO (+20)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda polis qətl hadisəsini törədib qaçan cinayətkarın axtarışlarına başlayıb

Türkiyənin İstanbul şəhərində mübahisə edən iki nəfərdən biri digərini güllələyərək qətlə yetirib. Avtosfer.az xəbər verir ki, dəhşətli qətl hadisəsi keçən bazar günü gecə saatlarında Ümraniyə rayonunda qeydə alınıb.

Məlumata görə, Həsən B. dostu olduğu iddia edilən şəxslə dükan qarşısında naməlum səbəblərdən mübahisə ediblər. Mübahisə əsnasında Həsən B. önündə dayanan şəxsə şillə vurub və ardınca da mübahisəni mağazanın içərisində davam etdiriblər.

Bundan sonra Həsən B.-nin dükandan çıxıb və səkidə irəliləyən zaman şübhəli üzərində gəzdirdiyi silahı çıxararaq ona atəş açmağa başlayıb. Əlindəki silahdan atəş açmağa macal tapmayan Həsən B. atılan mərmilərin hədəfinə çevrilib. Bədəninin müxtəlif yerlərindən güllə yarası alan Həsən B. hadisə yerində vəfat edib.

Ətrafdakı insanların çağırışı ilə insident yerinə polis əməkdaşları çağırılıb.

Hazırda polis qətl hadisəsini törədib qaçan cinayətkarın axtarışlarına başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh