Avtosfer.az | Reklam
"Niva" həvəskarlarına şad xəbər - Bu da yeniliklər - FOTO
Avtodünya 10 Yanvar 2020 15:30 1941 dəfə oxunub
"Niva" həvəskarlarına şad xəbər - Bu da yeniliklər - FOTO
Komfortun artırılmasına da xüsusi diqqət yetirilib

AvtoVAZ şirkəti yenilənmiş Lada 4x4 modelinin şəkillərini dərc edərək, baş vermiş yeniliklər barədə məlumat verib. Ofrouderdə baş vermiş əsas dəyişikliklər onun interyerinə aiddir. İlk növbədə, yenilənmiş salonda gözə çarpan əsas element yeni mərkəzi konsoldur: burada havalandırma sisteminin idarəedilməsinə cavabdeh olan üç hərlənən düyməni və yeni deflektorları görmək olar. Bundan başqa, havalandırma sisteminin çəpərçiklərinin elektrik ötürməsi ilə təchiz edildiyi də bildirilir.

Tamamilə yenidən işlənilmiş cihazlar paneli siferblatların və bortkompyüterin ağ işıqlandırmasına sahib olub. Deyilənə görə, bortkomöyüterin funksiyaları da artırılıbdır. Mərkəzi tonnel də yenidən işlənibdir: burada yeni stəkanaltıları və xırda əşyalar üçün bölməni görmək olar. Bundan başqa, Lada 4x4 modelini inkişaf etdirilmiş yan dəstəyi və təkmilləşdirilmiş qatlama mexanizmləri olan ön oturacaqlar, həmçinin iki dirskəkaltısı olan arxa divanla təchiz ediblər.

Avtomobilin tavanında da yeniliklər vardır. Tavanda işıqlandırma lampalarının daha effektiv bloku və Era-Qlonass sisteminin düymələri quraşdırılıb. Eyni zamanda, başqa tavan dəstəkləri və günəşliklər, həmçinin alın şüşəsinin dayaqlarının yenilənmiş üzlükləri də tətbiq edilibdir. AvtoVAZ vibroakustik komfortun artırılmasına da xüsusi diqqət yetirib: izolyasiya materiallarının sıxlığının artırılması ilə yanaşı mühərrikin dayaqları da dəyişdirilibdir.

Lada 4x4 modelinin buraxılan bütün modifikasiyaları yeni interyer ilə təchiz ediləcəkdir. Ön bamperə inteqrasiya edilmiş duman əleyhinə fənərləri isə yalnız Lada 4x4 Urban modeli alıbdır. Təhlükəsizlik yastıqlarının quraşdırılmasına gəldikdə isə, bu barədə rəsmi məlumat verilməyib. Zavodun belə planlarının olduğu məlumdur, lakin malgöndərənlərin səhlənkarlığı ucbatından bu planların həyata keçirilməsi təxirə salınıb.

Yenilənmiş Lada 4x4 modellərinin satışlarının başlanması tarixi barədə də məlumat verilməyib. Yenilənmiş ofrouderin istehsalının başlandığını nəzərə alsaq, yaxın zamanlarda avtomobillərin diler salonlarında peyda olacağını söyləmək olar. Yenilənmiş modellərin qiyməti də açıqlanmayıb. 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh