Mühərrikin "qaynaması"-nın qarşısını necə almaq olar? - ÖYRƏNƏK

Yazarlar 10 Yanvar 2020 18:00 Oxunub 7286
Mühərrikin "qaynaması"-nın qarşısını necə almaq olar? - ÖYRƏNƏK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sadəcə ... sobanı və bütün gücünü açmaq lazımdır

Mühərrikin "qaynama" kimi xoşagəlməz bir hala nəinki köhnə avtomobillər, həm də bahalı xarici avtomobillər məruz qalırlar. Səbəblər fərqli ola bilər, amma onların hamısı mühərrikin soyutma sistemində gizlənirlər. Zədələnmə meydana gəldikdə, mühərrik dərhal isinir, qaynayan antifriz davamlı olaraq siqnal verir, xoşagəlməz bir qoxu verir və qapağın(kapot) altından buxar qalxır. Xüsusilə, istidə tıxacda dayandıqda həddindən artıq isinmə ehtimalı yüksəkdir.

Antifriz və ya tosolun normal işləmə temperaturu 105 dərəcə Selsidən çox olmayan bir temperatur hesab olunur. Hər hansı bir avtomobilin tablosuna istilik sensoru quraşdırılmışdır. Buna görə bu vacib parametr daim izlənilə bilər. Daha müasir modellərdə bu cür məlumatlar bort-kompüter tərəfindən verilir. Onun ekranına vaxtaşırı baxmaq lazımdır. Soyuducunun keyfiyyəti onun qaynama temperaturuna birbaşa mütənasibdir. Beləliklə, ucuz çeşiddən inanılmaz 150 dərəcə istiliyi gözləmək olmaz. Belə bir maye ən uyğun olmayan anda sizi pis vəziyyətdə qoya bilər.

Alətin göstəricisini izləsək, mühərrikin həddindən artıq isinməsinin baş verməsi aşkar olarsa, sadəcə ... sobanı və bütün gücünü açmaq lazımdır. Bu üsulla isti hava mühərrikdən çıxarıla bilər. Bu, əlbəttə ki, kömək edir, ancaq uzun müddət yox. Mümkün qədər yolun kənarındakı bir yerdə park etmək, mühərriki söndürmək və qapağı(kapot) açmaq lazımdır. Belə xoşagəlməz halın qarşısını almaq üçün soyutma sistemini yoxlamaq və ayırmaq üçün vaxtında profilaktik tədbirlər görmək lazımdır.

Avtomobil sahibi həm də genişləndirici qabın antifrizlə doldurulma dərəcəsini mütəmadi olaraq qiymətləndirməli və lazım olduqda onun səviyyəsini nişana çatdırmalıdır. Çirkli mühərrik, yeri gəlmişkən, yağ qatına və onun üzərinə hopmuş toz səbəbiylə daha sürətli qızır. Buna görə "avtomobil ürəyinin" təmizliyinə fikir vermək lazımdır.

Əgər, buna baxmayaraq, mühərrik yenə də qaynadısa, dərhal antifrizin əlavə olunduğu genişləndirici qabın qapağını açmaq olmaz. Özünüzü yandırarsız! Mühərriki dayandırdıqdan və qapağı(kapot) açdıqdan sonra 10-15 dəqiqə gözləmək daha münasibdir. Əgər yanınızda soyuducu maye yoxdursa, bir seçim olaraq su əlavə edə bilərsiniz (baxmayaraq ki, sistemdəki antifrizi tamamilə dəyişdirməlisiniz, xüsusən qışa aiddirsə). Əgər, bu da kömək etməsə, onda yeganə yol - nəqliyyat vasitəsini, evakuator çağıraraq, bir avtomobil xidmət mərkəzinə çatdırmaqdır.

Məqaləni hazırladı: Avto Klub Azərbaycanın təsisçi və baş administratoru Natiq Nazimoğlu

Gəncə şəhəri, 2020-ci il

https://www.facebook.com/groups/autoclub/

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh