Kralın 19 yaşlı qızı ölkənin ilk qadın-pilotu oldu - FOTO

Maraqlı 10 Yanvar 2020 23:45 Oxunub 1841
Kralın 19 yaşlı qızı ölkənin ilk qadın-pilotu oldu   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kral qızını qanad formalı medalla təltif edib

İordaniya kralı II Abdulla ilə kraliça Raniyanın 19 yaşlı qızı – şahzadə Salma ölkə tarixində ilkə imza atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Salma ölkənin Silahlı Qüvvələrində sabit qanadlı uçuş aparatında əvvəlcədən təlim keçmiş ilk qadın-pilot olub. Bu yaxınlarda Əmmanda Əl Hüseyniyyə sarayında mükafatlandırma mərasimi keçirilib. Kral qızını qanad formalı medalla təltif edib.

Mükafatlandırma mərasimində kraliça, 25 yaşlı oğlu Hüseyn və Silahlı Qüvvələrin nümayəndələri iştirak ediblər.

 


 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh