Sürücü yol polisindən şikayət edir: cərimə səhv yazılıb? - VİDEO - FOTO

Xəbərlər 11 Yanvar 2020 15:45 Oxunub 3484
Sürücü yol polisindən şikayət edir: cərimə səhv yazılıb? - VİDEO  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qaydanın pozulmasına görə 40 manat cərimə yazıla bilər

Yol polisi tərəfindən cərimələnən sürücü redaksiyamıza şikayət ünvanlayıb. Oxucu Əliyev Elşən Avtosfer.az-a məlumat verərək bildirib ki, dekabrın 17-i paytaxtın Nobel prospektində idarə etdiyi avtomobili yolun kənarında park etmək üçün təxmini 20 metr geriyə hərəkət edib. Bu zaman həmin ərazidə xidmət aparan 99-YP-434 qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində xidmət aparan inspektor Mirzəzadə Elvin tərəfindən saxlanılaraq 4 bal 100 manat məbləğində cərimələnib. Sürücü protokolun qanunsuz yazılmasını iddia edir.

Qeyd edək ki, "Yol Hərəkəti Haqqında" qanunun 42-ci maddəsinin XIII hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər  iştirakçılarına maneə yaratmasın. Bu qaydanın pozulmasına görə sürücü 4 bal 100 manat yox, 40 manat məbləğində yəni, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər.

Cərimələnən sürücü Bakı Şəhər Dövlət Yol Polisi idarəsinə şikayət etməsinə baxmayaraq şikayət təmin edilməyərək qərar qüvvədə saxlanılıb.


Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh