Yeni uçan avtomobil modeli nümayiş etdirildi

Maraqlı 12 Yanvar 2020 14:15 Oxunub 1467
Yeni uçan avtomobil modeli nümayiş etdirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sözügedən avtomobil 4 sərnişin və pilot üçün nəzərdə tutulub

ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Consumer Electronics Show” sərgisində uçan avtomobil modeli nümayiş etdirilib.

Qeyri-adi nəqliyyat vasitəsi Cənubi Koreya istehsalçısı ilə birgə “Uber” şirkəti tərəfindən hazırlanıb.

Avtomobil üfüqi və şaquli vəziyyətdə uça biləcək, həmçinin rahatlıqla havada qalacaq. Sözügedən avtomobil 4 sərnişin və pilot üçün nəzərdə tutulub. Gələcəkdə nəqliyyat vasitəsinin avtonom olacağı planlaşdırılır.

Uçan avtomobil karbon qazının tullantılarını azaltmaq üçün tamamilə elektrik enerjisi ilə işləyəcək. Onun enerji yığması üçün təxminən 5-7 dəqiqə vaxt tələb olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh