Avtosfer.az | Reklam
Polisin qovduğu avtomobil belə aşdı - FOTO
Qaydalar 12 Yanvar 2020 18:15 981 dəfə oxunub
Polisin qovduğu avtomobil belə aşdı - FOTO
İlkin araşdırma zamanı sürücünün avtomobil idarə etmə hüququnun olmaması müəyyənləşib

İstanbulda yol polisinin təqib etdiyi avtomobil aşıb. Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, şəhərin Güngören adlanan hissəsində gecə saat 05 radələrində xidmət aparan polis qrupu şübhəli avtomobil müəyyən edib. Maşında olan 2 nəfəri sorğu-sual etmək istəyən polis onlara “DAYAN” əmri verib. Lakin sürücü sürətlə hərəkətə davam edib. Polisin təqibindən qaçmaq istəyən 06 AYP 60 sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Avtomobil sürüşkən yolda aşıb və içindəki şəxslər yüngül xəsarətlər alıb.

İlkin araşdırma zamanı sürücünün avtomobil idarə etmə hüququnun olmaması müəyyənləşib. Polis hadisə ilə bağlı daha geniş araşdırmalara başlayıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh