Bakıda piyada keçidlərindəki eskalator belə təmir edilir - FOTO

Yeniliklər 13 Yanvar 2020 12:57 Oxunub 1354
Bakıda piyada keçidlərindəki  eskalator belə təmir edilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sifariş çatdırılan kimi eskalatorlar təmir olunur

2019-cu ildə yeratı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorları yerində təmiri mümkün olduğu təqdirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təmir briqadaları tərəfindən qısa müddət ərzində işlək vəziyyətə salınır. Təmiri mümkün deyilsə ehtiyyat hissəsi xaricdən sifariş verilir. Sifariş çatdırılan kimi eskalatorlar təmir olunur.

2020-ci ilin əvvəlindən “Azneft dairəsi” və Sahil Metrostansiyası yaxınlığında, həmçinin Bayıl qəsəbəsində yerləşən piyada keçidlərinin sıradan çıxmış eskalatorları təmir edilib. Hazırda anoloji işlər bu kimi problemlər yaşanan digər keçidlərdə də aparılır.

 

Fərid

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh