Bakının məşhur prospektində sürət həddi 120-dən 110-a endirilir - DİQQƏT

Yeniliklər 13 Yanvar 2020 14:14 Oxunub 1328
Bakının məşhur prospektində sürət həddi 120-dən 110-a endirilir - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik

Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb. Belə ki,  digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. "Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. 17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq. Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik."

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh