Bakıda keçirilmiş “Formula-1” yarışı “Top-10”a düşdü - VİDEO

Yarışma 13 Yanvar 2020 18:15 Oxunub 3335
Bakıda keçirilmiş “Formula-1” yarışı “Top-10”a düşdü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Qran-Prisi altıncı yerdə qərarlaşıb

2017-ci ildə keçirilmiş “Formula-1” üzrə Azərbaycan Qran-Prisi son onilliyin “Top-10” yarışına düşüb.

Avtosfer.az “Formula-1”in saytına istinadən xəbər verir ki, 2010-2019-cu illər ərzində 200-ə yaxın yarış keçirilib.

Keçirilən səsverməyə əsasən, 2017-ci ildə Bakıda keçirilmiş yarış “Top-10”da yer alıb. Belə ki, sorğuda iştirak edənlər ən maraqlı Qran-Prilər arasında Azərbaycandakı yarışı da qeyd ediblər.

Nəticədə, Azərbaycan Qran-Prisi altıncı yerdə qərarlaşıb. 

Fanatların daha çox marağını cəlb edən məqam həmin yarışda ilk döngəsindəcə iki finlandiyalı pilot – Valtteri Bottasla Kimi Raykkönenin toqquşma səhnəsi olub. Qırıntılara görə trasa təhlükəsizlik maşını girmişdi.

Səsvermədə sıralama bu formadadır:

10. Macarıstan Qran-Prisi (2014)

9. Bəhreyn Qran-Prisi (2014)

8. Avstraliya Qran-Prisi (2010)

7. Almaniya Qran-Prisi (2018)

6. Azərbaycan Qran-Prisi (2017)

5. Avropa Qran-Prisi (2012)

4. Braziliya Qran-Prisi (2012)

3. Braziliya Qran-Prisi (2019)

2. Kanada Qran-Prisi (2011)

1. Almaniya Qran-Prisi (2019)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh