Avtosfer.az | Reklam
Qaydanı pozan “Lexus” ağır yol qəzası törətdi: 2 ölü, 3 yaralı - VİDEO
Avtosfer TV 13 Yanvar 2020 20:08 661 dəfə oxunub
Qaydanı pozan “Lexus” ağır yol qəzası törətdi: 2 ölü, 3 yaralı - VİDEO
Polis faktla bağlı araşdırmalara başlayıb

Rusiyanın Voloqodsk əyalətində iki nəfərin ölümü 3 nəfərin də xəsarət alması ilə nəticələnən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın 12-də Moskva – Arxanqlesk avtomagistralının Verxovajsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən “Lexus” markalı minik avtomobili “ötmə əməliyyatı” etmək qadağındır işarəsinə məhəl qoymayaraq ötmə əməliyyatını yerinə yetirəndən sonra yolun buzlu və qarlı olması səbəbindən idarəetmədən çıxaraq qarşı zolaqdan gələn qoşqulu “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən “Lexus” yol kənarına düşüb, “Mitsubishi”i isə yolun əks istiqamətinə keçib və bu arda hərəkət olan “Kia Spectra”a ona çırpılıb.

Nəticədə “Kia”nın 33 yaşlı qadın sərnişini ilə “Lexus”un 46 yaşlı qadın sərnişini hadisə yerində dünyalarını dəyişiblər. Daha 3 nəfər isə xəstəxanaya çatdırılıblar.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh