“Honda” qəfildən yola çıxan yük maşınını vurub aşırdı: 6 nəfər xəsarət alıb - FOTO

Avtosfer Foto 13 Yanvar 2020 20:58 Oxunub 2795
“Honda” qəfildən yola çıxan yük maşınını vurub aşırdı: 6 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı təhqiqatlara başlayıb

Türkiyənin Sivas vilayətində avtomobillə yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 13-də yerli saatla 17.30 radələrində Sivas – Ərzincan trasının Durulmuş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Əli Rıza Özqaynarın (33) idarə etdiyi 58 ABD 228 qeydiyyat nömrə nişanlı “Honda” markalı minik avtomobillə, qəfildən kənd yolundan avtomagistrala çıxan Cavid Əkərinin sürdüyü 58 FP 753 qeydiyyat nömrə nişanlı yük maşını toqquşub.  

Zərbənin şiddətindən yük maşını aşıb, “Honda”nın ön hissəsi isə deformasiyaya uğrayıb.

Nəticədə hər iki sürücü ilə birlikdə minik avtomobilində olan 4 sərnişin xəsarət alıb.

Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla rayon xəstəxanasına çatdırılıblar.

Polis faktla bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh